Qətərin Ras Laffan sənaye kompleksi yenidən raket hücumuna məruz qalıb
18 Mart 2026 23:49   19 Mar 2026 02:05 Paylaş

Qətərin Ras Laffan sənaye kompleksi axşam saatlarında raket hücumuna məruz qalıb.

"Stabil.az" xəbər verir ki, bu barədə “Qatar Energy” şirkətindən bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində yaranan yanğınların qarşısını almaq üçün qüvvələr səfərbər olunub. Hadisə nəticəsində ərazidəki tikililərə ciddi ziyan dəyib.

Qətərin Xarici İşlər Nazirliyi İran tərəfindən kompleksin hədəf alınmasını kəskin pisləyib. Qurum hücumu təhlükəli eskalasiya, dövlətin suverenliyinin açıq şəkildə pozulması, milli təhlükəsizlik və regional sabitliyə birbaşa təhdid kimi qiymətləndirib.

Nazirliyin bəyanatında, həmçinin qeyd edilib ki, Qətər dövləti dəfələrlə mülki obyektlərin və enerji infrastrukturlarının, o cümlədən İran İslam Respublikasının ərazisində yerləşən obyektlərin hədəf alınmamasının vacibliyini vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol