Qərb küləyi və yağıntı ölkənin bəzi bölgələrində təsirini göstərir
Fevralın 3-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkənin bəzi rayonlarında yağıntılı hava müşahidə olunur.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4 mm, Şahbuz və Sədərəkdə 3 mm, Kişçayda (Şəki) 2 mm, Naxçıvan, Şərur, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda isə 1 mm təşkil edir.
Hazırda bəzi yerlərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Kəlbəcərdə 25 m/s, Şahdağda 20 m/s, Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-ə çatır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12°C, Naxçıvan MR-da 10°C, Aran rayonlarında 16°C, dağlıq rayonlarda isə 14°C təşkil edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





