“Qəbələ” Natan Monzanqo transferini rəsmiləşdirib
“Qəbələ” klubu yay transfer dönəmində heyətini Natan Monzanqo ilə gücləndirib.
"Stabil.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bölgə təmsilçisi Konqo Demokratik Respublikasından olan Natan Monzanqo ilə "1+1" illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu "Bravo" (Sloveniya) olub.
O, buna qədər "Şole", "Amyen", "Pau", "Vilfranş" (hamısı Fransa), "Çaykur Rizəspor" (Türkiyə) klublarının şərəfini qoruyub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





