“Qəbələ” klubu Adriel Ba Loua ilə vidalaşıb
10 İyun 2026 16:17   Paylaş

“Qəbələ” klubu futbolçu Adriel Ba Loua ilə əməkdaşlığı başa çatdırıb.

"Stabil.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2025-ci ilin yayından komandada çıxış edən Fildişi Sahilindən olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, ölkə Azərbaycan Kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol