Qazaxıstanın əhalisi 20,5 milyonu ötüb
2 Fevral 2026 17:45   Paylaş

2026-cı il yanvarın 1-nə Qazaxıstanın əhalisi 20,5 milyon nəfəri ötüb.

"Stabil.az" Qazaxıstanın Qazinform informasiya agentliyinə istinadla xəbər verir ki, son bir il ərzində ölkə əhalisi 212 min nəfər artıb.

Məlumatda qeyd olunub ki, əhalinin ən çox olduğu regionlar Almatı şəhəri (2,35 milyon nəfər) və Türkistan vilayətidir (2,15 milyon nəfər). Ən az əhali isə Ulıtau vilayətindədir və 219 min nəfər təşkil edir.

Ölkə əhalisinin 13 milyonu şəhərlərdə, 7,5 milyonu isə kənd yerlərində yaşayır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol