Qazaxıstanda Xəzərdə təlim zamanı 9 hərbçi batıb
24 Sentyabr 2026 13:28   Paylaş

Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi nəticəsində Xəzərdə təlimlər zamanı 19 hərbçini axın aparıb, onlardan 9-u həlak olub.

"Stabil.az" bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Hadisə sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizi sahilində təlim-döyüş tapşırığı yerinə yetirilərkən baş verib.

Qurumdan qeyd ediblər ki, üç hərbçi xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib.

Digərlərinin axtarışı aparılır.

Xilasetmə xidmətlərinin qüvvə və vasitələri dərhal hadisə yerinə yönləndirilib. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələrinin bölmələri, aviasiya və digər aidiyyəti xidmətlər cəlb edilib.

"İlkin məlumata görə, 19 hərbçini axın aparıb. Hazırda 9 hərbçinin həlak olduğu müəyyən edilib. Hadisənin bütün hallarını müəyyənləşdirmək və axtarış-xilasetmə işlərini əlaqələndirmək üçün müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərliyi ilə Müdafiə Nazirliyinin komissiyası təcili olaraq hadisə yerinə gedib", - Müdafiə Nazirliyinin məlumatında bildirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol