Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı 5 vəzifəli şəxs saxlanılıb
Qazaxıstan Müdafiə Nazirliyinin beş vəzifəli şəxsi Manqistau vilayəti sahillərində, Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların həlak olması ilə bağlı iş üzrə saxlanılıb.
"Stabil.az" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
"Saxlanılanlar arasında Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri Baş komandanının birinci müavini - qərargah rəisi, iki hərbi hissə komandiri, həmçinin dəniz piyadaları bölüyünün və katerin komandirləri var. Onların hamısı şübhəli şəxs qismində tanınıb və Aktau şəhər polis idarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər", - məlumatda qeyd olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





