Qazaxıstan və Çinin “Fujian Hengwang Investment” şirkəti 1,2 milyard dollara polad zavodu tikməyi planlaşdırır
2 Aprel 2026 18:49   Paylaş

Qazaxıstan və Çin şirkəti “Fujian Hengwang Investment” investisiya həcmi 1,2 milyard dollar olan və ildə 3 milyon ton polad istehsal edəcək zavodun tikintisini planlaşdırır.

"Stabil.az" Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, razılaşma nazir Arman Şakkaliyevin Fujian əyalətinə səfərindən sonra əldə edilib. Layihə təxminən 2500 iş yeri yaradılmasını nəzərdə tutur, daxili bazara və ixraca yönəlib.

“QazTrade”in məlumatına görə, 2025-ci ildə Qazaxıstan ilə Fujian əyaləti arasında ticarət dövriyyəsi təxminən 522 milyon dollar təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol