Qazaxıstan şirkəti BTC ilə neft tədarükünü genişləndirir
"KazMunayQaz" şirkəti bu il Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neft ixracının həcmini 1,7 milyon tona çatdırmağı planlaşdırır.
"Stabil.az" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Bu ilin yanvar-iyun aylarında Aktau limanı vasitəsilə BTC neft kəməri istiqamətində 704 min ton Qazaxıstan neftinin tranziti həyata keçirilib.
Boru kəmərinin uzunluğu 1 768 kilometr, ötürücülük qabiliyyəti isə ildə 50 milyon tondan çoxdur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





