Qazaxıstan Prezidenti Tokayev yeni Baş Qərargah rəisini təsdiqləyib
17 Yanvar 2026 13:32   Paylaş

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanış Abubakirovu müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib.

“Stabil.az” xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Rəsmi açıqlamada bildirilir ki, Dövlət başçısının sərəncamı ilə K. Abubakirov əvvəlki vəzifəsindən azad edilərək yeni təyinata gətirilib və Sultan Kamaletdinovu əvəz edib.

Qeyd olunub ki, Kanış Abubakirov 2024-cü ilin yanvarından bu təyinatadək müdafiə nazirinin arxa cəbhə və hərbi infrastruktur üzrə müavini vəzifəsində çalışıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol