Qazaxıstan iki tankerə PUA hücumu edildiyini açıqlayıb
30 İyul 2026 16:48   30 Jul 2026 18:36 Paylaş

Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı yaxınlığında iki tanker pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

"Stabil.az" Qazaxıstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisələr iyulun 30-da baş verib.

"Nissos Sifnos" tankeri hücuma məruz qalıb. Bundan əvvəl CPC PUA hücumu təhlükəsi səbəbindən yükləməni əvvəlcədən dayandırmışdı.

Bundan əlavə, PUA "Marathi" tankerinə də hücum edib. Gəmi CPC terminalından 6–7 dəniz mili məsafəsində olub.

Heyət üzvləri arasında xəsarət alan yoxdur. Baş verən yanğın CPC-in üç yedək gəmisinin köməkliyi ilə söndürülüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol