Qazaxıstan 2050-yə qədər nüvə energetikasını genişləndirir
Qazaxıstanda 2050-ci ilədək azı üç atom elektrik stansiyasının inşası planlaşdırılır, strategiya isə Prezident Kasım-Jomart Tokayev tərəfindən təsdiqlənib.
"Stabil.az" Qazaxıstan mediasına istinadla xəbər verir ki, sənədə əsasən, 2050-ci ilədək ölkədə azı üç atom elektrik stansiyası fəaliyyət göstərəcək. Birinci AES layihəsinin icrasına artıq başlanılıb, ikinci stansiyanın tikintisi baxılma mərhələsindədir, üçüncü üçün isə kiçik modul reaktor texnologiyalarının tətbiqi imkanları araşdırılır.
Strategiya enerji təhlükəsizliyinin təmin olunmasına, iqlim öhdəliklərinin yerinə yetirilməsinə və Qazaxıstanın qlobal nüvə sənayesində mövqelərinin möhkəmləndirilməsinə yönəlib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





