Qarlı havada ADY qatarlarının hərəkəti plan üzrə davam edir
Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyi və sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə bütün sahələrə nəzarət təmin edilir.
"Stabil.az" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirib.
Məlumata görə, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün vağzal, stansiya və dayanacaqlarda təmizlik işləri görülür, xüsusi cığırlar salınıb.
Qatarların sürət həddi hava şəraitinə uyğun tənzimlənir. Hazırda bütün qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
Sərnişinlərdən platformalarda hərəkət edərkən ehtiyatlı olmaları, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





