“Qarabağ” Konfrans Liqasının oyunu üçün Polşaya yola düşüb
5 Avqust 2026 19:48   Paylaş

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə üz-üzə gələcək “Qarabağ” Polşaya yola düşüb.

"Stabil.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Lublin şəhərinə yola düşüb.

Qeyd edək ki, avqustun 6-da "Lublin Arena"da təşkil olunacaq "Dinamo" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü isə avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol