Qar fırtınası təhlükəsi: ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət
Yaxınlaşan qar fırtınası səbəbilə ABŞ-da azı 14 ştat fövqəladə vəziyyət elan edib.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunlar Alabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisipi, Missuri, Nyu-York, Şimali Karolina, Cənubi Karolina, Tennessi, Texas və Virciniya ştatlarıdır. Paytaxt Vaşinqtonda azı 22 santimetr hündürlüyündə qar gözlənilir. Şəhər də fövqəladə vəziyyət elan edən bölgələr arasındadır.
Artıq şənbə günü üçün ABŞ-da planlaşdırılan 1700-dən çox yerli və beynəlxalq uçuş ləğv edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




