“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub
10 May 2026 11:46   10 May 2026 17:19 Paylaş

Futbol üzrə Türkiyə Superliqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.

"Stabil.az" xəbər verir ki, "Qalatasaray" mövsümün başa çatmasına bir tur qalmış çempionluğu təmin edib.

Belə ki, XXXIII turda “Antalyaspor”u qəbul edən İstanbul klubu 4:2 hesablı qələbə sayəsində xallarının sayını 77-yə çatdırıb.

Səfərdə “Konyaspor”a 3 cavabsız qolla qalib gələn “Fənərbağça” isə 73 xalla 2-ci yerdədir.

Beləliklə, “Qalatasaray” son turun nəticəsindən asılı olmayaraq 26-cı dəfə Türkiyə çempionu olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol