Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayını elan etdi
17 Fevral 2026 14:29   Paylaş

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib. Fətvaya əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevralın 19-na təsadüf edir.

"Stabil.az" Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir ki, Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla miladi təqvimlə martın 20-nə təsadüf edəcək.

Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol