Qadın cüdoçularımız Avropa çempionatında qələbə qazanıb
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatına start verilib və Azərbaycan qadın yığması yarışa qələbə ilə başlayıb.
"Stabil.az" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın dörd qadın idmançısı mübarizəyə qoşulub. Onların hər biri növbəti mərhələyə yüksəlib.
Şəfəq Həmidova (48 kiloqram) Erza Muminoviçi (Kosovo), Könül Əliyeva (48 kiloqram) Amber Gersyesi (Niderland), Gültac Məmmədəliyeva (52 kiloqram) Karla Tavares Fernandeşi (Lüksemburq) üstələyərək 1/8 finala vəsiqə qazanıb.
Leyla Əliyeva (52 kiloqram) isə 1/16 finaldakı rəqibi Nikola Nişaviç (Serbiya) tatamiyə çıxmadığı üçün növbəti raunda adlayıb.
Bu gün, həmçinin Balabəy Ağayev (60 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




