Putinlə Tramp arasında telefon danışığı baş tutub
29 Aprel 2026 22:29   30 Apr 2026 01:16 Paylaş

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.

"Stabil.az" xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıq bir saat yarımdan çox davam edib”, – deyə Uşakov bildirib.

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında baş tutan bu telefon danışığı Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıdışından sonra sayca 12-ci olub. Liderlərin əvvəlki telefon danışığı martın 9-da keçirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol