Putin və Paşinyan sabah Moskvada görüşəcək
Aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar keçirəcək.
"Stabil.az" bu barədə Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, qarşıdan gələn danışıqlar zamanı Putin və Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.
"Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının cari vəziyyətini və perspektivlərini, eləcə də regional gündəliyin aktual məsələlərini, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etmək planlaşdırılır", - məlumatda qeyd olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





