PSJ İngiltərə klubunun futbolçusu Morqan Qibbs-Uaytı transfer etmək istəyir
8 İyun 2026 12:32   Paylaş

Fransanın PSJ klubu İngiltərənin “Nottinqem Forest” komandasında çıxış edən yarımmüdafiəçi Morqan Qibbs-Uaytı heyətinə qatmaq niyyətindədir.

"Stabil.az" "The Sun"a istinadən xəbər verir ki, Fransa klubu yay "transfer pəncərəsi"ndə heyətini 26 yaşlı ingiltərəli oyunçu ilə gücləndirməyi planlaşdırır.

2025/2026 mövsümündə Premyer Liqada 15 qol vuran futbolçunun çıxışı klub rəhbərliyinin diqqət mərkəzindədir.

Futbolçu 2022-ci ilin avqustundan "Nottinqem Forest"də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 53 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Onun dəyəri 70 milyon avro qiymətləndirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol