PSJ gənc futbolçusu Adam Ayari ilə müqaviləni rəsmiləşdirib
Fransanın PSJ klubu futbolçu Adam Ayari ilə peşəkar müqavilə bağlayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Paris təmsilçisi məlumat yayıb.
18 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, PSJ-nin yetirməsi olan Adam Ayari altı yaşından klubdadır. O, U-19 komandasında 20 matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Fransanın gənclər komandasına müntəzəm dəvət alan oyunçu hazırda U-19 yığmasının üzvüdür.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





