PSJ Atalantanın futbolçusu Şarl de Ketelareni heyətinə qata bilər
22 İyul 2026 16:24   Paylaş

İtaliyanın "Atalanta" klubunun və Belçika millisinin futbolçusu Şarl de Ketelare karyerasını Fransanın PSJ klubunda davam etdirə bilər.

"Stabil.az" xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi PSJ-nin diqqətini çəkib.

Paris təmsilçisi oyunçunu transfer etməyi düşünür.

Xatırladaq ki, Şarl de Ketelare ötən mövsüm "Atalanta"da 42 oyuna 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, DÇ-2026-da Belçika millisində üç qol və bir məhsuldar ötürmə müəllifi olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol