Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.





Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




