Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm
10 May 2026 12:29   10 May 2026 17:32 Paylaş

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş sözlərlə əlaqədar özünün X səhifəsində paylaşım edib.

"Stabil.az" paylaşımı təqdim edir: “Əziz Robert, Azərbaycan haqqında söylədiyiniz həqiqi və dəyərli fikirlərə görə Sizə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm. Slovakiyaya səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirirəm və Sizi tezliklə Bakıda görməyi səbirsizliklə gözləyirəm”.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol