Prezident İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
6 Mart 2026 12:13   Paylaş

Azərbaycan Prezidenti İlham Əliyev qanalı həmkarı Con Dramani Mahamaya təbrik məktubu ünvanlayıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Qana Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qana arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Qana xalqına daim əmin-amanlıq və rifah diləyirəm".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol