Prezident İlham Əliyev Estoniya prezidentini təbrik edib
24 Fevral 2026 11:23   Paylaş

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmkarı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol