Poti–Bakı marşrutu üzrə ekspres blok-qatar fəaliyyətə başlayıb
Bu gün Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti–Bakı ekspres blok-qatarının yola salınması mərasimi keçirilib.
"Stabil.az" ADY-yə istinadən xəbər verir ki, tədbirdə yeni ekspres qatarının istismara verilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu xidmət yük sahiblərinə yalnız vaxta deyil, həm də terminallarda yüklərin və boş konteynerlərin saxlanması ilə bağlı xərclərə qənaət etməyə imkan yaradacaq.
Məlumata görə, Poti–Bakı marşrutu üzrə fəaliyyət göstərəcək ekspres blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək. Eyni zamanda, bu logistika xidməti yük sahiblərinə Potidən Bakıya və əks istiqamətdə əvvəlcədən müəyyən edilmiş qrafik üzrə, gecikmələr olmadan konteynerlərin daşınmasını təmin edəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





