Portuqaliyada əlverişsiz hava şəraiti: 5 nəfər həyatını itirdi
Portuqaliyada güclü külək və intensiv yağıntılarla müşayiət olunan əlverişsiz hava şəraiti nəticəsində beş nəfər həyatını itirib.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, ölkə ərazisində müşahidə olunan hava şəraiti rabitə problemlərinə və elektrik enerjisinin kəsilməsinə səbəb olub. Həmçinin ağaclar və müxtəlif tikililər aşıb, bir sıra avtomobil yolları bağlanıb, məktəblərin fəaliyyəti isə müvəqqəti dayandırılıb.
Məlumata görə, bəzi bölgələrdə küləyin sürəti saatda 178 kilometrə çatıb. Xüsusilə Portuqaliyanın mərkəzi hissəsi ciddi zərər görüb, sel təhlükəsi yaranıb və bir neçə əsas yol nəqliyyat üçün bağlanıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-da güclü qar fırtınası və şaxtalar nəticəsində ölənlərin sayının 40-ı keçdiyi bildirilmişdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





