Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
27 İyul 2026 17:37   Paylaş

Beynəlxalq hüquq-mühafizə qüvvələrinin Portuqaliya sahillərində keçirdiyi əməliyyat zamanı içərisində 2,6 tondan artıq kokain olan sürətli qayıq zərərsizləşdirilib.

"Stabil.az" xəbər verir ki, əməliyyat İtaliyanın Maliyyə Qvardiyası, Portuqaliya və İspaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Məlumata görə, narkotik maddə Cənubi Amerikadan böyük gəmilər vasitəsilə gətirilən yükləri götürmək üçün istifadə edilən xüsusi sürətli qayıqda aşkarlanıb.

Qayıqda olan dörd nəfər – iki İspaniya vətəndaşı, Cəbəllütariq sakini və İtaliyada yaşayan Albaniya vətəndaşı saxlanılıblar.

İstintaqa İtaliyanın Breşia Şəhər Prokurorluğu rəhbərlik edir.

Rəsmi məlumatda bildirilir ki, müsadirə olunan kokainin topdansatış dəyəri təxminən 78 milyon avro, pərakəndə satışdan əldə edilə biləcək gəliri isə 500 milyon avroya yaxındır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol