Polşa Silahlı Qüvvələri Rusiya hərəkətinə cavab olaraq aviasiyanı səfərbər edib
Polşa Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynadakı fəallığı ilə əlaqədar hərbi aviasiyasını işə salıb.
“Stabil.az" xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı sosial şəbəkələrdə məlumat yayıb.
Açıqlamada bildirilir ki, Əməliyyat Komandanlığı sərəncamında olan zəruri qüvvə və vasitələri səfərbər edib. Yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri hazırlıq vəziyyətinə gətirilib.
Qeyd olunub ki, Polşanın bu addımları preventiv xarakter daşıyır və təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





