Polşa səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verib
Polşanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı verib.
"Stabil.az" xəbər verir ki, məlumat səfirliyin “X” sosial hesabında paylaşılıb.
“19–20 yanvar 1990-cı ildə Sovet qoşunları Bakıya daxil olaraq Azərbaycan xalqının etirazlarını zorla yatırıb və çoxsaylı mülki şəxslər həlak olub. Polşa səfirliyi bu hadisələrin qurbanlarının xatirəsini ehtiramla yad edir və Azərbaycanla həmrəyliyini ifadə edir,” – paylaşımda qeyd olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





