Polşa Rusiyanın gecə zərbələrinə cavab olaraq aviasiyasını hərəkətə gətirib
7 Mart 2026 13:22   Paylaş

Polşa Silahlı Qüvvələri Rusiyanın gecə Ukraynaya etdiyi kütləvi hava hücumları səbəbindən aviasiyanı havaya qaldırıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Polşa ordusu "X" şəbəkəsində məlumat yayıb.

"Polşa hava məkanında Rusiyanın Ukraynaya raket zərbələri ilə əlaqədar hərbi aviasiya əməliyyatları başa çatıb. Aktivləşdirilmiş yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri standart əməliyyat fəaliyyətinə qayıdıb", - komandanlıq bildirib.

Ölkənin Silahlı Qüvvələrinin məlumatına görə, Polşa hava məkanının heç bir pozulması halı müşahidə olunmayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol