Polşa Prezidenti Aİ-nin silahlanma proqramındakı riskləri gündəmə gətirib
25 Fevral 2026 16:07   Paylaş

Polşa Prezidenti Karol Navrotski Aİ-nin üzv dövlətlərinin yenidən silahlanma üzrə proqramındakı risklərə diqqət çəkib.

"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, Polşa bu proqram çərçivəsində təxminən 43,7 milyard avro güzəştli kredit almağa iddialıdır.

Polşa ordusunun SAFE proqramı çərçivəsində bu cür böyük vəsaitlərə ehtiyacı olduğunu deyən prezident risklərdən də danışıb.

"Şübhə doğuran məsələ suverenlik aspektidir ki, bu da Polşa Prezidenti kimi mənim üçün xüsusilə vacibdir – SAFE proqramı bizə vəsaitlərdən sərbəst istifadə etməyə nə dərəcədə imkan verir? Təhlükəsizliyin təməlində əminlik amili durur. Biz əmin olmalıyıq ki, bu vəsaitlər dayandırılmayacaq və ya dondurulmayacaq. Əminlik təhlükəsizlik, inamsızlıq isə təhlükədir", – o qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol