Polşa “Patriot” sistemlərinin istehsalı üçün zavod tikməyi təklif edib
Polşa hökuməti ölkə ərazisində “Patriot” zenit-raket sistemlərinin istehsalı üçün zavod tikməyi təklif edib.
"Stabil.az" xəbər verir ki, Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka bu barədə RMF FM radiosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, əgər belə bir zavodun Ukraynada tikilməsi planlaşdırılırsa, onun Polşada, “təhlükəsiz ərazidə” yerləşdirilməsi məqsədəuyğundur.
Nazir müavini zavodun Polşada yerləşdirilməsinin ABŞ hökumətinin Ukrayna ilə bağlı qərarından asılı olmadığını qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





