Polşa ordusu ehtiyat qüvvələrin təliminə start verir
Polşanın Silahlı Qüvvələri yüksək hazırlıqlı ehtiyat qüvvələrin genişmiqyaslı təliminə start verir.
"Stabil.az" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib. Silahlı Qüvvələr bildirir ki, ehtiyat qüvvələrin sayı təxminən 300 min nəfər olacaq.
Nazir bildirib ki, təlim proqramı cari ilin mart ayında başlayacaq. Ehtiyat qüvvələrinin yaradılması zərurəti, digər səbəblərlə yanaşı, demoqrafik dəyişikliklər və hər il hərbçilərin sayının azalması ilə əlaqədardır.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayına olan məlumata görə, Polşa ordusunda 162 min peşəkar əsgər də daxil olmaqla 216 mindən çox hərbçi xidmət edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





