Polşa 500 min nəfərlik könüllü ehtiyat ordusunun yaradılacağını açıqlayıb
9 Fevral 2026 18:59   Paylaş

Polşa yeni, yüksək döyüş hazırlığına malik 500 min nəfərlik ehtiyat ordu yaratmağı planlaşdırır.

"Stabil.az"ın xəbərinə görə, məlumatı "RMF 24" yayıb, Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamişanın açıqlamasına istinadən.

Nazirin sözlərinə görə, yeni ehtiyat ordusu könüllülük prinsipi ilə formalaşdırılacaq və sürətli səfərbərlik üçün nəzərdə tutulub. Orduya yazılanlar müntəzəm olaraq təlim və məşğələlərdə iştirak edəcək.

Kosinyak-Kamişa əlavə edib ki, ilk könüllülərin təliminə bu ilin 7 mart tarixində başlanacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol