Politico: Kiyev HHM sistemləri üçün Brüsselə səfər edəcək
9 Fevral 2026 14:56   Paylaş

Ukraynanın müdafiə naziri Mixaylo Fyodorov Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında iştirak etmək üçün çərşənbə günü Brüsselə səfər edəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, nazir iclas zamanı Kiyev üçün əlavə hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” və NASAMS zenit-raket kompleksləri ilə bağlı müraciət edəcək. Görüşdə müdafiə sahəsində innovasiyalar üzrə əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Qeyd edək ki, həmin gün Brüsseldə Avropa İttifaqına üzv dövlətlərin müdafiə nazirlərinin görüşü keçiriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol