Polis son iki gündə 105 cinayəti açıb
Fevralın 7 və 8-də ölkə üzrə 96 yeni cinayət və əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Ümumilikdə son iki gündə 105 cinayət açılıb.
"Stabil.az" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, axtarışda olan 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 47-si borclu şəxs, 14-ü ailə üzvlərini məlumatlandırmadan ünvanını tərk etdiyi üçün itkin düşmüş kimi axtarılan, 23-ü isə dələduzluğa görə axtarışda olan şəxslərdir.
Polis əməliyyatları zamanı narkotiklərlə bağlı 65 fakt müəyyən olunub. Ümumilikdə 44,6 kiloqrama yaxın narkotik vasitə və 130 ədəd güclü təsiredici xassəyə malik həb aşkar edilərək götürülüb.
Həmçinin qanunsuz silah-sursatla bağlı 31 fakt aşkar edilib. Paytaxt və respublikanın müxtəlif rayonlarında 7 avtomat silah, 2 pulemyot, 1 qumbaraatan, 2 tapança, 8 qumbara, 23 tüfəng, 86 patron darağı, 5 partladıcı və 2 491 ədəd müxtəlif çaplı patron götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər də saxlanılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





