Polis əməliyyatları nəticəsində 77 cinayətin açılması təmin edilib
Fevralın 5-də ölkə ərazisində 77 cinayətin açılması təmin edilib.
"Stabil.az" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin gün 68 cinayət yerində, 9 cinayət isə əvvəlki dövrlərdən bağlı qalan işlər üzrə açılıb.
Ümumilikdə axtarışda olan 138 nəfərdən 100 nəfəri borclu şəxs, 15 nəfəri ünvanı tərk etdiyinə görə itkin düşmüş şəxs, 14 nəfəri isə dələduzluqda şübhəli bilinərək saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının narkotiklərlə bağlı keçirdiyi əməliyyatlar nəticəsində 31 fakt müəyyən olunub, ümumi çəkisi təxminən 21 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Eyni zamanda, qanunsuz silah-sursatın götürülməsi ilə bağlı 28 fakt qeydə alınıb. Paytaxt və ayrı-ayrı rayonlarda 2 avtomat silah, 1 tapança, 2 qumbara, 21 tüfəng, 5 patron darağı, 1168 ədəd müxtəlif çaplı patron və 10 mərmi aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər də saxlanılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





