Polis əməkdaşları tərəfindən cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
4 İyul 2026 15:22   Paylaş

İyulun 3-də ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"Stabil.az" bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol