Polis əməkdaşları qeyri-sabit hava şəraitinə görə fəaliyyətini artırıb
4 Fevral 2026 20:25   Paylaş

Davam edən qeyri-sabit hava şəraiti ilə bağlı polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

"Stabil.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunub.

Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik işlər aparılır. Ehtiyacı olan vətəndaşlara kömək göstərilir, onların mənzil başına təhlükəsiz çatması təmin olunur.

Küçə və prospektlərdə polisin müşayəti ilə təhlükəsizlik tədbirləri davam edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol