Polis 33 narkotik faktını aşkar etdi, 60 nəfər saxlanıldı
Yanvarın 21-də ölkə ərazisində 53, əvvəlki dövrlərdən qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
"Stabil.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olan 123 şəxsdən 94-ü borclu şəxs qismində, 6-sı ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə “itkin düşmüş” kimi, 11-i isə dələduzluq faktı üzrə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, narkotiklərlə əlaqədar 33 fakt müəyyən edilib. Polis əməliyyatları nəticəsində ümumi çəkisi 78,7 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Bunlar arasında 69,9 kiloqrama yaxın marixuana, 7,4 kiloqrama yaxın tiryək, 1 kiloqramdan çox həşiş, eləcə də heroin və metamfetamin, həmçinin 931 ədəd güclü təsiredici xassəyə malik həb yer alır.
Eyni zamanda, qanunsuz silah-sursatın aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 2 tapança, 22 qumbara, 34 tüfəng, 20 patron darağı və 1 146 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər də saxlanılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





