Pol Yonson: İsveçdə müharibə təhlükəsi olarsa nüvə silahı yerləşdirilə bilər
İsveçin müdafiə naziri ölkə ərazisində müharibə təhlükəsi olduğu halda nüvə silahının yerləşdirilməsi ehtimalının istisna olunmadığını vurğulayıb.
"Stabil.az" bu barədə SVT-yə istinadən xəbər verir.
"Əgər müharibə başlayasa, əlbəttə ki, İsveçin mövcudluğunu və təhlükəsizliyini təmin edə biləcək hər şeyə açıq olacağıq", – o bildirib.
İsveç NATO üzvü olaraq sülh dövründə öz ərazisində nüvə silahının yerləşdirilməməsi barədə razılaşmaya malikdir. Lakin müharibə dövründə baş verənlərlə bağlı analoji razılaşma yoxdur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





