Pit Heqset: İranın saxladığı gəmilər ABŞ və ya İsrailə məxsus deyil.
24 Aprel 2026 17:12   Paylaş

Müharibə naziri Pit Heqset İranın saxladığı gəmilərin ABŞ və İsrailə məxsus olmadığını açıqlayıb.

"Stabil.az" xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset bu gün brifinq zamanı deyib.

O, İranın AK-47 avtomatları və kiçik qayıqlarla sadəcə təsadüfi gəmiləri saxladığını bildirib: “Həmin gəmiləri bu silahları olan hər kəs saxlaya bilərdi”.

Heqset qeyd edib ki, İran tarixi şansa malikdir, eyni zamanda, Tehranın müzakirə masasında "ağıllı seçim etmək" imkanı var.

Nazir İranı nüvə silahından imtina etməyə çağırıb.

“Əks halda İran iqtisadiyyatı ABŞ-nin gücü altında əziləcək”, - Heqset vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol