Pit Heqset: İranın nüvə yanacağına beynəlxalq nəzarət tətbiq olunacaq
15 İyun 2026 13:28   Paylaş

Pit Heqsetin sözlərinə görə, İranın yüksək zənginləşdirilmiş nüvə yanacağı ABŞ və ya beynəlxalq qurumların nəzarəti altında olacaq.

"Stabil.az"ın məlumatına görə, Pentaqon rəhbəri Pit Heqset bu barədə "CBS News" telekanalına müsahibəsində bildirib.

Heqsetin sözlərinə görə, materiallara nəzarət yoxlamalar və monitorinq məlumatlarına əsaslanacaq.

"Biz bu nüvə materialını hər zaman olduğu kimi izləyirik və istənilən razılaşma nəticələrə və məlumatlara əsaslanacaq. ABŞ və ya beynəlxalq təşkilatlar tərəfindən yoxlamalar və nəzarət olacaq", - o deyib.

Heqset vurğulayıb ki, nəzarət mexanizmi ABŞ-nin iştirak etdiyi danışıqlar prosesi vasitəsilə həyata keçiriləcək və hərbi təminatlarla dəstəklənəcək.

"Lakin bu, ABŞ tərəfindən bizim danışıqçılarımız vasitəsilə, hərbi qüvvələrin və gücün qarant kimi istifadəsi ilə müəyyən edilmiş nəzarət olacaq. Əgər İran buna tabe olmasa, onda məsələ ilə yenidən (ABŞ-nin red.) Hərb Nazirliyi ilə məşğul olmalı olacaq, hansı ki biz bundan yayınmağı üstün tutardıq", - o əlavə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol