Pit Heqset: ABŞ yaxın illərdə silah istehsalını genişləndirməyi nəzərdə tutur
30 May 2026 12:53   Paylaş

ABŞ yaxın iki-üç il ərzində bir sıra silah növlərinin istehsalını artırmağı hədəfləyir.

"Stabil.az"ın məlumatına görə, bu barədə Pentaqonun rəhbəri Pit Heqset Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik konfransında bəyan edib.

"Biz ən qısa zamanda sursat istehsalını iki, üç, hətta dörd dəfə artırmaq üçün hərbi sənaye kompleksimizin gücünü möhkəmləndiririk", - o vurğulayıb.

Heqset ən çox tələb olunan sursatların istehsalı üçün yüzlərlə istehsal xəttinin istifadəyə verilməsini elan edib. Onun sözlərinə görə, ABŞ bunun üçün yeni zavodlar tikməyi planlaşdırır.

Pentaqon rəhbəri həmçinin İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq zərurəti yaranarsa, idarənin ehtiyatları barədə fikirlərini bildirib.

"Lazım gələrsə, biz [İrana qarşı döyüş əməliyyatlarını] tam şəkildə yenidən başlatmağa qadirik. Ehtiyatlarımız bunun üçün kifayət qədərdir, həm orada (regionda - red.), həm də bütün dünyada, çünki biz daha dəyərli sursatları və böyük həcmdə mövcud olanları balanslaşdırılmış şəkildə tətbiq edirik", - Heqset əlavə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol