Pit Heqset: ABŞ və İsrail hərbi əməliyyatlarda qarşıya qoyulmuş bütün məqsədlərə çatıb
8 Aprel 2026 17:46   08 Apr 2026 17:58 Paylaş

ABŞ və İsrail İranın hərbi potensialına ciddi zərbə endirərək, planlaşdırılmış bütün hədəflərə çatıb.

"Stabil.az" xəbər verir ki, ABŞ-nin müdafiə katibi Pit Heqset keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

O bildirib ki, əməliyyat plana uyğun, tam olaraq həyata keçirilib və İran sarsıdıcı hərbi məğlubiyyətə uğrayıb.

“Ötən gecə ərzində ABŞ 800-dən çox zərbə endirib, nəticədə İranın müdafiə sənayesi bazasını tamamilə dağıdıb”, - deyə Pit Heqset bildirib.

Pentaqon rəhbəri əldə olunan nəticəsni tarixi və sarsıdıcı qələbə adlandırıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol