Peskov: Moskva Trampın müraciətinə cavab olaraq Ukraynaya zərbələri müvəqqəti dayandırır
Rusiya ABŞ prezidenti Donald Trampın müraciətinə cavab olaraq, danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə fevralın 1-dək Ukraynaya zərbələr endirməməyə razılaşıb.
"Stabil.az" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Moskva Trampın fevralın 1-dək Ukraynaya hərbi zərbələrin dayandırılması ilə bağlı xahişini qəbul edib.
Kremlin sözçüsü təsdiqləyib ki, ABŞ prezidenti şəxsən Rusiya Prezidenti Vladimir Putindən bir həftə müddətində Ukraynaya zərbə endirilməməsini xahiş edib.
Onun sözlərinə görə, bu müraciətin əsas məqsədi mümkün danışıqlar üçün uyğun şəraitin formalaşdırılmasıdır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




