Peskov: ABŞ-nin İrana hərbi müdaxiləsi təhlükəli nəticələr doğura bilər
29 Yanvar 2026 16:17   Paylaş

Kreml hesab edir ki, ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi bütün regionda xaosa səbəb ola bilər.

“Stabil.az"ın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

ABŞ Prezidenti Donald Trampın İrana mümkün zərbələrlə bağlı son bəyanatlarına münasibət bildirən Peskov qeyd edib ki, Moskva əvvəlki kimi bütün tərəfləri təmkinli davranmağa və məsələnin həllində güc metodlarından imtina etməyə çağırır.

Onun sözlərinə görə, İranla bağlı danışıqlar üçün potensial hələ tükənməyib və bu səbəbdən ilk növbədə diplomatik mexanizmlərə üstünlük verilməlidir.

Peskov vurğulayıb ki, hər hansı güc tətbiqi regionda yalnız xaos yarada və təhlükəsizlik sisteminin ciddi şəkildə sarsılmasına gətirib çıxara bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol